Avropa İttifaqı (Aİ) Rusiyaya Aİ-nin sanksiyalarından yan keçməsinə köməyinə görə Çinin iki bankına sanksiya tətbiqini təklif edib.

Bu barədə  “Bloomberg” xəbər verir.

Qeyd olunur ki, məhdudiyyətlər çərçivəsində Çinin Rusiya ilə sərhədi yaxınlığında yerləşən iki regional kredit təşkilatı ilə hər hansı əməliyyatlar qadağan ediləcək.

Məlumata görə, Çinin iki bankı Rusiya tərəfinə Avropa İttifaqının mövcud ticarət məhdudiyyətlərindən yan keçməyə kömək etməkdə şübhəli bilinir.

Agentlik Çinin hansı kredit təşkilatlarının sanksiyalara məruz qalacağını dəqiqləşdirməyib.

.