Avropa Şurası Azərbaycanı COVID-19-la əlaqədar səfər məhdudiyyətlərinin tətbiq olunduğu ölkələr siyahısından çıxarmaq barədə qərar qəbul edib.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

Qeyd olunur ki, siyahı epidemioloji vəziyyətə əsaslanaraq iki həftədən biri təkrar nəzərdən keçirilir.

Son iclasda Avropa İttifaqı hökumətləri Azərbaycan da daxil olmaqla 11 ölkənin məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarılması barədə qərar qəbul edib.

.