
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.
Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
.