İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

.