Bəzi oliqarxlara məxsus şirkətlərin Ağcabədi rayonunda əkinə yararlı torpaq sahələrini öz əlinə keçirməsi bu rayonda ciddi sosial gərginlik yaradıb. Rayon sakinlərinin əsas narazılığı isə icra başçısı Şahin Məmmədovun onların hüquqlarını qorumamasıdır. Rayon sakinləri hesab edir ki, icra başçısı öz maraqlarını təmin etmək xatirinə rayonun maraqlarını qurban verib. Bu barədə 30gun.az saytına Ağcabədi rayonundakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, rayon sakinləri yaranmış vəziyyətdən çıxış yolunu icra başçısı Şahin Məmmədovun vəzifəədn azad edilərək oliqarxlardan asılı olmayan bir şəxsin icra başçısı təyin ediilməsini istəyirlər. Qeyd edək ki, Ağcabədi rayonlarında əkinə yararlı torpaqları MKT Istehsalat Komersiya Məhdud Məsuliyyətli Cəmiyyəti satın alır və bu şirkətin Fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olduğu iddia olunur. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov da Kəmaldəddin Heydərovun adamı hesab olunur. Məlumata görə, MKT İsehsalat Komersiya MMC-nin Ağcabədibədi rayonunda torpaq almasında əsas amil də məhz icra başçııs Şahin Məmmədovun Kəmaləddin Heydərovun kadrı olması faktı ilə bağlıdır. İddialara görə, Fövqəladə Hallar Nazirliyində baş idarə rəisi olan general Sevda Şirinova ilə Şahin Məmmədov yaxın qohumdurlar və Şahin Məmmədovun icra başçısı təyin olunmasında bu faktorun mühüm rol oynayıb. Bu məlumatları dəqiqləşdirmək üçün Ağcabədi rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən isə bildirdilər ki, Şahin Məmmədov məzuniyyətdədir. Onun yalnız gələn həftə məzuniyyətdən qaydacağını söylədiər. Lakin Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmi saytında icra başçısı Şahin Məmmədovun yanvar ayının 7-də rayonun Kəbirli kəndinindəki məktəbin təmirdən sonra açılış mərasiminə qatılıb. Saytının məlumatına görə, icra başçısı Şahin Məmmədov məktəbin kollektivini məktəbin əsaslı təmirdən sonra açılışı münasibəti ilə təbrik etdi. Sonra icra başçısı zərbaycan son dövrlər qazandığı uğurlardan, dünyada öz sözünü deyən bir dövlətə çevrilməsindən də danışıb. Ağcabədi rayonundakı mənbələrdən saytımıza daxil olan məlumata görə isə icra başçısı son zamanlar rayon sakinləri arasında narazılığı artıran torpaq alverinə toxunub və bəzi şirkətlərin Ağcabədinin torpaqlarını almasının rayonun iqtisadi manefelərinə uyğun olduğunu sübut etməyə çalışıb. Bu prosesin dövlət proqramı olması, Prezident İlham Əliyevin tapşırığı əsasında aparılmasını vurğuamaqla rayon sakinlərini qorxutmağa çalışıb. Onun bu sözləri uğultu ilə qarşılanıb. Qeyd edək ki, MKT İstehsalat Komersiya MMC-nin Ağcabədi rayonunda əkinə yararlı torpaq sahələrini ələ keçirməsi ən çox məhz Kəbirli kəndinin sakinlərinə zərər vurub. Məlumatlara görə, icra başçısının istirahətini yarıda kəsib rayona qayıdıb, məktəbin açılışında işttirak etməsində məqsəd onun əleyhinə güclənən ictimai rəyi yumşaltmaq olub. Lakin o buna nail ola bilməyib. Əksinə, rayon sakinləri Şahin Məmmədovun icra başçısı vəzifəsindən azad edilməsi üçün Prezident İlham Əliyevə müraciət hazırlayırlar. Məlumatlı şəxslər Şahin Məmmədovun bundan sonra vəzifəsini qoruya bilməyəcəyini düşünürlər.
.
