Amerika Birləşmiş Ştatları prezidentinin qərargahı olan Ağ Evin Mətbuat Departamentində mətbuat konfransları ilə bağlı dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bundan sonra jurnalistlər konfransın sual-cavab bölməsində sadəcə bir sual verə biləcəklər. Suallarının cavabını aldıqdan sonra konfransı təşkil edən şəxs icazə verərsə, ikinci sualı ünvanlaya biləcəklər.
İlk sualı verdikdən sonra mikrafonu ən yaxınlarında olan Ağ Evin səlahiyyətli şəxsinə qaytarmaq məcburiyyəti də dəyişikliyə əlavə edilib.
Bu qaydalara əməl etməyən jurnalist konfransdan xaric ediləcək və Ağ Evin mətbuat konfranslarına giriş üçün istifadə edilən kartı ləğv ediləcək.
Mətbuat konfransları ilə bağlı dəyişikliyi Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders yazılı açıqlamasında qeyd edib.
Sanders Konqresdə aralıq seçkilərindən sonra prezident Donald Tramp üçün təşkil edilən konfransdan qovulan CNN telekanalının müxbiri Cim Akostanın yenidən konfranslara qatılacağını da açıqlayıb. Onun Ağ Evə giriş üçün istifadə edilən kartı bərpa edilib.
.
