Ağ Ev Ukraynanın işğal edilmiş ərazilərini geri qaytaracağına şübhə edir.

Bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmiləri bildirib.

Qeyd olunub ki, Ağ Ev rəsmiləri Ukraynanın son dörd ay ərzində itirdiyi əraziləri hətta ABŞ və müttəfiqlərin göndərməyi planlaşdırdığı ən ağır və müasir silah sistemləri ilə geri qaytara biləcəyinə dair inamını itirir.

Adı açıqlanmayan rəsmilər vurğulayıblar ki, bu pessimist qiymətləndirmə ABŞ-ın Ukraynaya müharibəni başa çatdırmaq naminə Rusiyaya hər hansı rəsmi ərazi güzəşti etməsi üçün təzyiq edəcəyi anlamına gəlmir.

Qeyd olunub ki, Ukraynanın bu ilin sonlarında əks hücuma keçərək itirdiyi ərazilərin böyük hissəsini qaytaracağına dair ümid də var. Əlavə olunub ki, administrasiyada bu məsələ ilə bağlı hər kəs narahat deyil və bəziləri Ukrayna qüvvələrinin bədbin gözləntilərin əksinə, müharibənin ilk günlərində olduğu kimi, yenidən önəmli hərbi nailiyyətlər əldə edə biləcəyinə inanır.

.