ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.

“Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları düşünərək yaxın bir neçə ay ərzində Ukraynanın NATO-ya üzvlük məsələsi ilə necə məşğul olacağı söhbət mövzusudur”, - Karpenter deyib.

Bundan əlavə, o vurğulayıb ki, Ukraynanın alyansa qoşulması üçün onun ərazisində bütün döyüş əməliyyatları sonlandırılmalıdır.

“Hazırda 32 üzvün hamısının razılığı yoxdur, alyansda dəvətin verilməsi üçün konsensusa malik deyilik”, - Ağ Evin nümayəndəsi söyləyib.

.