ABŞ prezidenti Donald Tramp vergi endirimi qanun layihəsi ilə bağlı mübahisə etdiyi keçmiş müttəfiqi İlon Mask ilə danışmaqda maraqlı deyil.

Ağ Ev rəsmisi cümə günü bildirib ki, gün ərzində iki şəxs arasında telefon danışığı planlaşdırılmır.

Qeyd edək ki, digər Ağ Ev rəsmisi daha əvvəl Tramp və Maskın cümə günü bir-biri ilə danışacaqlarını söyləmişdi.
 

.