ABŞ Prezidenti Donald Tramp İranla bağlı diplomatiyaya üstünlük verir.
Bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlərə deyib.
Onun sözlərinə görə, bununla belə ABŞ lideri ölümcül güc tətbiq etməyə də hazırdır.
Ağ Ev sözçüsü qeyd edib ki, Trampın İranla bağlı nə düşündüyünü və ya hansı addımı atacağını heç kəs bilə bilməz. O, media ilə spekulyasiya edən, anonim mənbə arxasında gizlənərək Trampın nə düşündüyünü və ya İranla bağlı hansı qərarı verəcəyini bilirmiş kimi davrananların dedikləri haqda heç bir məlumatının olmadığını vurğulayıb.
"Midnight Hammer" əməliyyatı İranın nüvə obyektlərini tamamilə məhv edən son dərəcə uğurlu bir missiya oldu. Lakin bu, nüvə proqramını yenidən bərpa etməyə cəhd olunmayacağı demək deyil”, - Kerolayn Livit əlavə edib.
.
