AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən 2024/2025 mövsümündə iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət edən Premyer Liqa, I və II Liqa, o cümlədən AFFA Yüksək Qızlar Liqasında çıxış edən klublarla fərdi görüşlər keçirilib.

Yenizaman  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantılarda klubların lisenziyalaşdırma qaydaları müzakirə edilib, klub nümayəndələri müvafiq sənədlərlə tanış olublar.

Qeyd edək ki, oktyabr-dekabr aylarını əhatə edən belə təlimlərin 21-i Bakıda - AFFA-nın inzibati binasında,13-ü isə regionlarda keçirilib.

.