
“İnşası davam edən Xondab (keçmiş Arak) ağır su tədqiqat reaktoru vurulub”.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “X” hesabında qeyd edib.
Bildirilib ki, tikilməkdə olan Xondab ağır su reaktoru İsrail tərəfindən vurulub: "Bu reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi. Buna görə də radioloji təhlükə yoxdur. Hazırda Xondab ağır su zavodunun vurulması ilə bağlı isə məlumat yoxdur".
.