İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) onlarla əməkdaşlığın dayandırılması barədə məlumatlandırmayıb.

“Reuters“ xəbər verir ki, bu barədə AEBA-nın mətbuat xidməti məlumat yayıb.

Qurumdan bu qəbildən olan xəbərlərin diqqətlə izlənildiyi də qeyd edilib.

Xatırladaq ki, iyunun 25-də İran Parlamenti sözügedən qurumla əməkdaşlığın dayandırılması barədə qanun layihəsini qəbul edib.

.