"Azərbaycan Dəmir Yolları" QSC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.

"APA-Economics" quruma istinadən xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev ADY-nin Müşahidə Şurasına üzv seçilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Şuranın digər üzvləri isə AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir.

.