Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. 

Prokuror çıxışında təqsirləndirilən A. Oktara 150 ildən 1 365 ilə qədər həbs cəzası istəyib.

Eyni zamanda, digər təqsirləndirilən 13 nəfərə isə 5 ildən 12 ilə qədər həbs cəzası istənilib.

Qeyd edək ki, cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan A. Oktar 2019-cu ildə həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

.