Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) jurnalistlərin və qəzet yayımçılarının sabaha təyin elədikləri etiraz aksiyasına icazə verməyib. Son vaxtlar qəzetlərin satışına yaradılan əngəllərə qarşı etiraz aksiyasının yanvarın 31-də, Bakıdakı Sabir bağında keçirilməsi nəzərdə tutulmuşdu.
Etiraz tədbiri ilə bağlı BŞİH-dən göndərilən cavab məktubunda aksiyanın sadəcə, "məqsədəuyğun olmadığı” bildirilib.
.