ABŞ və Danimarka Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlar aparır.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilir ki, tərəflər Arktikada ABŞ-ın daha güclü mövcudluq istəyini nəzərə almağa çalışır, lakin, eyni zamanda, Danimarkanın suverenliyini pozmamaq və Qrenlandiyanın ABŞ-a verilməsi məsələsini gündəmə gətirməmək niyyətindədirlər.

Xatırladılır ki, danışıqlar Donald Trampın ötən həftə “gələcək razılaşmanın çərçivələrinin” əldə olunduğunu bildirməsindən sonra baş tutub. Bu proses həm də Qrenlandiya ətrafında yaranmış siyasi gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

Bloomberg“in mənbələrinə görə, ABŞ regionda təhlükəsizlik sahəsində rolunu genişləndirməyə çalışır və artıq Danimarkadan adaya dair suveren hüquqların tam şəkildə verilməsini tələb etmir.

.