ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Milli Şurada baş verən proseslərə münasibət bildirib. Bu barədə Aznews əməkdaşının sualını cavablandıran Riçard Morninqstar deyib ki, əsas məsələ siyasi partiyaların fəaliyyəti üçün lazımı şəraitin yaradılmasıdır:
"Önəmli olan Azərbaycanda plüralizmin və siyasi partiyaların inkişafı üçün lazımı şəraitin olmasıdır. Milli Şura daxilində baş verənlər, orada hansı partiyanın və yaxud da qurum rəhbərinin burada olub-olmaması, həmin təşkilatın və birlik rəhbərinin şəxsi fikridir”.
.
