Vaşinqton Rusiyanın Ukraynada apardığı siyasətə cavab olaraq yeni sanksiyalar qəbul edib. musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, sanksiyalar Rusiyanın daha 7 şəxsinə və 17 şikayətinə şamil ediləcək.
Həmin şəxslər arasında Putinin yaxın ətrafına daxil olan iki şəxs də var. Onların aktivləri dondurulacaq, ABŞ-a viza ala bilməyəcəklər. 17 şirkət isə bütünlüklə prezidentin yaxın ətrafına aiddir. Bu barədə Ağ Evin açıqlamasında deyilir.
Sanksiyaların təsiri altına həmçinin, Rusiya prezidentinin Krımdakı nümayəndəsi Oleq Belaventsev, "Rostex” korporasiyasının direktoru Sergey Çemezov, baş nazirin müavini Dmitri Kozak, "Rosneft”in başçısı İqor Seçin, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov, FSO direktoru Evgeni Murov və Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodon də var.
.