"Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Lakin istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin".

APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, istənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir.
"Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək", - deyə xüsusi elçi qeyd edib.

"”Türk axını”, "Şimal axını” və istənilən axından asılı olmayaraq, əsas məsələ odur ki, Avropada qaz təchizatı sahəsində diversifikasiya təmin olunsun. Müxtəlif mənbələr bu siyasəti təmin etməlidir”.
Bu fikridə həmçinin Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Əsas odur ki, istənilən boru xətti dövlətlərin müstəqilliyinə təhdid və ya siyasi müstəvidə silah kimi istifadə olunmamalıdır. Bunlardan suverenliyə təsir mexanizmi kimi istifadə edilməməlidir. Bu məsələlər Avropa üçün əhəmiyyət daşıyır”, - deyə o, qeyd edib.

.