"Suriyadan çıxmağımız gözlənilməz deyil”.
Türkiyənin "NTV” telekanalı xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter” hesabında yazıb.
"Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, - deyə Donald Tramp vurğulayıb.
Qeyd edək ki, dekabrın 19-da o, ABŞ-ın Suriyada çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.
.
