ABŞ Prezidenti Donald Tramp İrana hücumu İkinci Dünya müharibəsində Xirosima və Naqasakiyə atom bombalarının atılması ilə müqayisə edib.

O, bu barədə Haaqada NATO Baş katibi ilə mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhz bu zərbə müharibəni sona çatdırıb.

“Xirosima və ya Naqasaki ilə paralellər aparmaq istəmirəm, amma əslində buna bənzər bir şey oldu. Əgər biz bu zərbəni endirməsəydik, döyüşlər indiyə qədər davam edərdi”, - Tramp qeyd edib.

.