ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə uğurla hücum edib, bütün təyyarələr öz hava bazalarına qayıdıb.

Bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.

"Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", - Tramp yazıb.

Tramp ordunun İranı bombalamasından sonra artıq sülh vaxtı olduğunu deyib

ABŞ prezidenti Donald Tramp şənbə günü ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumundan sonra sülh zamanı olduğunu deyib.

Bu haqda o öz “Truth” hesabında yazıb.

"İndi sülh vaxtıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik", - Tramp yazıb.
 

.