Rusiyanın ABŞ-dəki səfiri Linn Treysi tezliklə bu ölkədəki diplomatik missiyasını başa vuracaq.

Bu barədə ABŞ-nin Rusiyadakı səfirliyindən bildirilib.

Diplomatik missiyanın sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd olunub ki, səfirlə vida mərasimi iyunun 13-də canlı efirdə baş tutacaq.

Xatırladaq ki, Treysi 2019-2022-ci illərdə ABŞ-nin Ermənistandakı səfiri olub.

.