ABŞ Prezidenti Donald Tramp Kanadaya yeni ultimatum verib və bu ölkəni böyük tariflərlə hədələyib.

Bu barədə Amerika lideri özünün "Truth Social" sosial şəbəkəsində məlumat paylaşıb.

Tramp bununla bağlı Kanadada istehsal olunan bütün təyyarələr üçün sertifikatların ləğv olunduğunu elan edib.

Qeyd edək ki, ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra da bildirib ki, Ottavanın F-35 qırıcılarını almaqdan imtina etməsi Vaşinqtonun Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

.