ABŞ İsraildən fərqli olaraq, Ukraynaya Rusiya raketləri və pilotsuz təyyarələrinə qarşı mübarizə aparması üçün THAAD ballistik raketlərdən müdafiə sistemi yerləşdirməyəcək, çünki Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir.
Bunu Pentqonun mətbuat katibinin köməkçisi Sabrina Sinq keçirdiyi brifinqdə deyib.
O, ABŞ-nin Ukrayna və İsrailə münasibətdə fərqli öhdəliklərinin olduğunu qeyd edib: “Fərqli imkanlar, fərqli müharibələr, fərqli regionlar. İsrail və Ukrayna ilə bağlı öhdəliklər də fərqlidir”.
Pentaqon rəsmisi ABŞ Müdafiə Nazirliyinin və hökumətinin İsrail və Ukraynanın müdafiə ehtiyaclarının ödənilməsi üçün dəstəyini davam etdirdiyini vurğulayıb.
.