ABŞ Venesueladan gələn “Bertha” adlı tankeri Hind okeanında ələ keçirib.

Bu barədə Pentaqon məlumat yayıb.

"ABŞ Silahlı Qüvvələri Hind okeanında Karib dənizindən gələn və Venesuela ilə əlaqəli qeyri-qanuni neft ticarətini dayandırmaq məqsədilə izlənilən, sanksiya altında olan üçüncü tankerin göyərtəsinə qalxıb”, - Pentaqonun açıqlamasında bildirilir.

ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, “Bertha” tankeri Kuk adaları bayrağı altında fəaliyyət göstərir və İranla əlaqələrinə görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

.