ABŞ Hərbi-Dəniz Qüvvələrinə (HDQ) məxsus "Teylor” hərbi gəmisi bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi missiyası ilə Qara dəniz akvatoriyasına daxil olub. Yenizaman.az-ın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ HHQ-nin məlumat xidmətinin açıqlamasında bildirilir.
Xidmətin məlumatına görə, "Teylor”un missiyası ilə Vaşinqton NATO-dakı müttəfiqlərini bir daha əmin etmək istəyir ki, ABŞ Hərbi-Dəniz Qüvvələri bu bölgədə sülhə nail olmaq məqsədilə Alyans qüvvələri ilə əməkdaşlığı gücləndirmək və yaxşılaşdırmaq niyyətindədir.
.