ABŞ-ın SSRİ-dəki keçmiş səfiri Jak Matlok Ukrayna hadisələrinə görə rəsmi Vaşinqtonu sərt ittiham edib. Yenizaman.az Rusiya mediasına istinadən xəbər verir ki, keçmiş diplomat bu barədə özünün bloqunda yazdığı məqalədə bildirib. O, ABŞ-ı ikiüzlülükdə təqsirləndirib. Keçmif səfir ABŞ-ı Ukraynadakı gərginliyə görə Rusiyanı təqsirləndirməsinə və onu təhdid etməsinə qarşı çıxaraq qeyd edib ki, bu düzgün deyil. J. Matlokun fikrincə, ABŞ dövlətlərin ərazi bütövlüyünə hörmət etmir. Bununla yanaşı ekspert Rusiyanın Ukrayna proseslərinə müdaxiləsinin normal olduğunu bildirib. "Hər bir ölkə kimi Rusiya da sərhədləri yaxınlığında başqa dövlətlərin hərbi fəaliyyət göstərməsinə aşırı dərəcədə həssasdır. ABŞ-ın Respublikaçılar partiyasından olan əvvəlki hakimiyyəti Ukraynanı NATO-ya üzv etmək üçün cəhdlər edib. Halbuki Ukrayna xalqının böyük bir hissəsi bunu istəmirdi”. J. Matlok onu da əlavə edib ki, Ukrayna Rusiya ilə güclü dost əlaqələri qurmadan güclü dövlət ola bilməz.
Qeyd edək ki, J. Matlok ABŞ Milli Təhlükəsizlik Şurasının SSRİ üzrə eksperti olub. O, 1987-1991-ci illərdə ABŞ-ın SSRİ-dəki səfiri postunda çalışıb.
.