ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Qafqazda Gürcüstan və Azərbaycandan olan çox böyük sayda qaçqının taleyinə təsir edən münaqişələrin təcili həllinə çağırıb.
"Bu adamların normal həyata qayıtması uğrunda mübarizə münaqişələrin həlli üçün təcili tədbirlər tələb edir”, - Baer vurğulayıb.
Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, BMT qaçqınlar üzrə ali komissarına cavabında Baer deyib ki, ABŞ münaqişəyə cəlb olunmuş tərəfləri beynəlxalq hüquqla müəyyən edilmiş öhdəliklər çərçivəsində qaçqın və köçkünlərin dinc şəkildə öz yurdlarına qaytarılmasına çağırır.
.