ABŞ rəhbərliyi Ukraynaya qoşun göndərmək niyyətində deyil. Bu barədə ictimaiyyətə "RİA Novosti" agentliyi yuxarı dairələrdə olan mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, rəsmi Vaşinqton Ukraynada baş verən proseslərə siyasi, iqtisadi və diplomatik variantlardan istifadə etməyi fikirləşir. Ağ Ev Administrasiyası bundan əlavə Rusiyaya qarşı sanksiyalar paketi hazırlamağı da nəzərdən keçirib. Lakin son anda Ağ Ev Administrasiyası bu fikirdən daşınıb.
Amerika prezidenti Rusiyanın Ukrayna ərazisinə öz hərbçilərini yeritməsi ilə bağlı Böyük Britaniya baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Polşa dövlət başçısı Bronislav Komorovskla müzakirə edib və rəsmi Moskva ilə münasibətləri gərginləşdirməmək yollarından danışıb.
.
