Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. Qeyd edək ki,  Ərdoğan bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. 
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur.  
 
"Bu ittiham cəfəngiyatdır”, - deyə  o bildirib.  
 
Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib. 
 
"Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, - deyə Ərdoğan qeyd edib.

.