ABŞ Miqrasiya və Gömrük Xidmətinin təsdiq edilmiş siyahısı çərçivəsində İran və Ermənistan vətəndaşları ölkədən deportasiya ediləcək.
Bu barədə “Azad İran” məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanın 2 808, İranın isə 2 618 vətəndaşı deportasiya ediləcək.
Hesabata əsasən, hazırda 1 445 549 nəfər ABŞ-dən deportasiyaya məruz qalıb. Onlardan təxminən 38 mini Çin vətəndaşı olacaq.
.