ABŞ-də Los-Anceles şnatı yaxınlığında baş verən meşə yanğınları Hollivud təpələrinə çatıb.
Bu barədə Yenizaman “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, "Sunset" adlanan daha bir meşə yanğını tarixi “Hollywood Bowl” konsert zalının yaxınlığındakı Ranon Kanyon parkında yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 05:30) başlayıb.
Qraumanın Çin Teatrı və Madam Tüsso muzeyinin ətrafındakı küçələr maşınlarla doludur, hər yerdə sirena səsləri eşidilir. Şəhərin üzərindən alçaqdan uçan helikopterlər su tökür. Otel sakinləri otelləri tərk edir.
Qeyd edək ki, meşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Hazırda 1000-dən çox bina, əsasən yaşayış evləri yanğından zərər çəkib. 130 min sakin təxliyə zonasındadır, faciənin 5 qurbanı var. Söndürmə işlərinə aviasiya cəlb edilib.
ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Meşə yanğını ştatın tarixində ən böyük yanğınlardan biri olub.
.