ABŞ-də növbəti ştat Donald Trampın prezidentliyə namizədliyini qadağan edib.

Bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, Maine ştatı ABŞ-ın Koloradodan sonra Donald Trampın adının prezident seçkilərində səsvermə bülleteninə salınmasının rəsmən qadağan edildiyi ikinci ştatı olub.

Qeyd olunub ki, bu qərara qarşı ABŞ Ali Məhkəməsində etiraz etmək olar.

.