ABŞ-də COVID-19-un yeni "JN.1" variantının yayılması amerikalıların vaksinasiya məsələsində aktivliyinin azalması fonunda son iki həftə ərzində ikiqat artıb.

Yenizaman bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatlarına görə, ölkədə koronavirusla bağlı ölüm hallarının 44 faizinə "JN.1" variantı səbəb olub.

"JN.1" variantının "Omicron" ştammının alt-növü olduğu qeyd edilir.

 

Mütəxəssislər 41 ölkədə, o cümlədən, Fransa, Sinqapur, Kanada, Böyük Britaniya və İsveçdə "JN.1" variantı ilə yoluxma halı qeydə alıblar.

 

.