Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

Mer bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında söyləyib.

O deyib ki, Ağ ev və Luiziana qubernatoru Ceff Landri ilə əlaqədədir.

Mətbuat konfransında ondan sonra çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Qeyd edək ki, mer avtomobilin kütləni vurmasını terror aktı kimi qiymətləndirib.

.