Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq "BBC Azərbaycanca”ya müsahibə verib.
Böyük Britaniya səfiri müsahibəsində demokratiya, insan haqlarının siyasətə qurban verilməsi iddiaları barədə suallara cavab verib və müasir dünya quruluşunda yeni təmayüllərdən danışıb.
İrfan Siddiq deyib ki, Azərbaycanla dialoq aparan Britaniya hökuməti heç bir mövzunun müzakirəsindən çəkinmir: "Azərbaycanda demokratiya və insan haqları məsələlərində dəyişiklik görmək istədiyimiz sahələr var. Ancaq biz onları dostcasına, özəl danışıqlarda müzakirə edirik və bəzən ictimai bəyanatlarla tövsiyə edirik ki, Azərbaycan bəzi məsələləri fərqli edə bilərdi".
"Azərbaycan hakimiyyətinin suveren roluna hörmət edirik və bu məsələlərə qarışmayacağıq", - səfir əlavə edib.
.