Nüfuzlu The American Interest jurnalı 2013-cü ilin siyasi qaliblərini müəyyənləşdirib. Nəşrin icmalçısı, xarici siyasət və humanitar fənlər üzrə professor Rassel Mid siyahıya ancaq bu ada doğurdan da layiq olanların düşdüyünü bildirib.
Siyahının ilk yerində Rusiya prezidenti Vladimir Putin əyləşib. Nəşrin yazdığına görə, MKİ-nin sabiq əməkdaşı Edvard Snoudenlə bağlı hadisələr Rusiyanın Sovet İttifaqının dağılmasından bəri Amerikanı ən müşkül vəziyyətə qoyduğunu göstərdi. The American Interest həmçinin Moskvanın Suriya məsələsində mövqeyini və Ukrayna uğrunda mübarizədə AB-nin uduzmasını da xüsusi vurğulayır.
Siyahının ikinci yerində öz nüfuz sferasını dünyada genişləndirən və İraqda möhkəmləndirən, bununla belə özünü daha mötədil və barışdırıcılıq mövqeyini sərgiləyən İran durur.
Üçuncu yeri Suriya prezidenti Bəşər Əsəd tutur.
Bundan əlavə, nəşr Yaponiya, Səudiyyə Ərəbistanı, Almaniya və Böyük Britaniyanı da qaliblər siyahısına əlavə edib.
Qeyd edək ki, jurnal 2005-ci ildə Frensis Fukuyamanın redaktoru olduğu The National Interest-in kollektivi tərəfindən yaradılıb. The American Interest-in əsasını qoyanlar arasında Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinskiy, Nobel mükafatı laureatı Duqlas Nort, iqtisadiyyat üzrə professor Qlnn Louri və sosioloq Piter Berger var.
.