
2024-cü ildə 18 yaşadək rəsmi qeydə alınmış nikahların sayı açıqlanıb.
Bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.
Belə ki, ötən il 185 şəxs (qadın) 18 yaşına çatmadan ailə həyatı qurub, bu rəqən 2023-cü ildə 223 olub. Kişi cinsində bu hal qeydə alınmayıb.
Qeyd edək ki, ötən il ümumilikdə Azərbaycanda 49 508 nikah, 21384 boşanma qeydə alınıb.
.