Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappe 2022-ci ilin ən çox maaş alan futbolçusu olub.

Bu barədə "Report" "Sportico"ya istinadən xəbər verir.

Məlumata görə, 23 yaşlı fransız 2022/23 mövsümü üçün 125 milyon ABŞ dolları qazanacaq. Bu vəsaitin 105 milyon dolları futbolçunun maaşı, qalan 20-si isə sponsorluq müqavilələrindən əldə olunan gəlirdir.

Siyahıda “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu 113 milyon dollarla (53 milyon dollar maaş və 60 milyon dollar sponsorluq müqaviləsi ilə) ikinci, Lionel Messi isə 110 milyon dollarla (62+48) üçüncüdür.

“Sportico”ya görə 2022/23 mövsümünün ən çox maaş alan on futbolçusu bunlardır:

1. Kilian Mbappe (PSJ) - 125 milyon dollar (105 milyon dollar maaş + 20 milyon dollar sponsorluq)

2. Kriştianu Ronaldu (“Mançester Yunayted”) - 113 milyon dollar (53+60);

3. Lionel Messi (PSJ) - 110 milyon dollar (62+48);

4. Neymar (PSJ) - 91 milyon dollar (56+35);

5. Məhəmməd Salah (“Liverpul”) – 39,5 milyon dollar (24,5+15);

6. Eden Azar (“Real Madrid”) – 31,3 milyon dollar (28,6+2,5);

7. Andres İnyesta (“Vissel Kobe2) - 30 milyon dollar (23+7)

8. Rahim Sterlinq (“Çelsi”) – 29,4 milyon dollar (21,4+8);

9. Kevin De Breyne (“Mançester Siti”) - 29 milyon dollar (25,5+3,5);

10. Antuan Qrizmann (“Atletiko Madrid”) 27,5 milyon dollar (22+5,5).

.