Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə inandıra bilib.

Bu barədə AFP-yə yüksək rütbəli Səudiyyə Ərəbistanı rəsmisi bildirib.

O qeyd edib ki, “Körfəz üçlüyü uzun və həyəcanlı diplomatik səylərə rəhbərlik edib”.

Rəsminin sözlərinə görə, məqsəd Donald Trampı “İrana şans verməyə inandırmaq” olub.

Mənbə, həmçinin, əlavə edib ki, qazanılmış etimadı möhkəmləndirmək məqsədilə danışıqlar davam edir.

.