
ABŞ gələn həftə İranla danışıqlar aparmağı gözləyir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammitindən sonra keçirdiyi brifinqdə bildirib.
Tramp deyib ki, ABŞ və İran rəsmiləri gələn həftə müharibənin bitməsi ilə bağlı danışıqlar aparacaq: “ABŞ gələn həftə İranla danışıqlar aparacağını gözləyir, saziş imzalaya bilərik. Nüvədən başqa razılaşma məni maraqlandırmır”, - Tramp qeyd edib.
İran Qətərdəki ABŞ hərbi bazasına hücumdan əvvəl Vaşinqtonu xəbərdar edib
İranın Qətərdəki Amerika hərbi bazasına hücumundan əvvəl Vaşinqtonu xəbərdar edib.
Donald Tramp NATO sammitindən sonra təşkil olunan mətbuat konfransında İranın Amerika hərbi bazasına 14 raket atdığını və bu raketlərin hamısının vurulduğunu bildirib.
“Onlar bizə xəbərdarlıq etdilər və biz bazanı təxliyə etdik ki, heç kim xəsarət almasın”, - Tramp vurğulayıb.
İrana zərbələrimiz dağıdıcı idi, müharibə davam etməyəcək
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müharibənin davam etməyəcəyini deyib.
Tramp NATO sammitindən sonra mətbuata verdiyi açıqlamalarda müharibənin bitdiyini və ölkələrin bir-birinə hücum etməyəcəyini düşündüyünü bildirib.
“Düşünürəm ki, zərbələrimiz dağıdıcı idi. Xirosima və Naqasakiyə baxdıqda deyə bilərik ki, o hücumlar da müharibənin bitməsinə rol oynadılar. Amma bu müharibə fərqli yolla bitirildi”, - Tramp qeyd edib.
O əlavə edib ki, hücumlardan əvvəl İranın öz uran ehtiyatını təsisatlardan başqa yerlərə köçürdüyü xəbərlərinə inanmır.
.