Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaqla bağlı təqdimatını Konstitusiya Məhkəməsinə bu həftə təqdim edəcək.

Gürcüstanın ictimai telekanalı xəbər verir ki, parlamentin 81 deputatının imzaladığı təklifi bir müddət əvvəl Prosessual Məsələlər Komitəsi təsdiqləyib. Konstitusiya Məhkəməsinin işə baxmaq üçün bir ay vaxtı olacaq və təsdiqlənərsə, parlamentdə məhkəmənin hesabatının alınmasından sonrakı iki həftə ərzində impiçmentlə bağlı səsvermə keçirilmədir. Prezidentin vəzifədən kənarlaşdırılması üçün isə hakim partiyaya 150 deputatdan üçdə ikisinin dəstəyi lazım olacaq.

Parlament çoxluğunun üzvü Giorgi Kaxiani impiçment işinin konstitusiya pozuntularının çoxsaylı hallarına əsaslandığını bildirib. O, Konstitusiya Məhkəməsinin əvvəlki qərarına baxmayaraq, Prezidentin hökumətin razılığı olmadan diplomatik danışıqlar aparmağa davam etdiyini və öz nümayəndəlik səlahiyyətlərini aşdığını vurğulayıb. Kaxiani əlavə edib ki, “Gürcü Arzusu” qarşıdan gələn seçkilərdə səs çoxluğu əldə edərsə, prezidentin səlahiyyətlərinin dayandırılması yeni parlament üçün prioritet olacaq.

“Prezident Konstitusiyaya riayət etmək əvəzinə müxalifətlə birləşib və Milli Hərəkatın təşviqatçısı kimi çıxış edir”, - Kaxiani deyib.

.