Mən "xarici təsirin şəffaflığı haqqında" qanuna mütləq veto qoyacağam, amma heç bir manipulyasiyaya getməyəcəyəm.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Gürcüstan Prezidenti bu qanunun qüvvəyə minmə tarixini noyabrın 1-nə qədər uzatmaq üçün əlimdən gələni edəcəyəni bildirib.

"Hakim komandaya qanunun icrasını noyabrın 1-nə qədər uzatmağı təklif edirəm. Seçkilərdən sonra hökumət bu qanunun rusiyanın olub-olmamasına qərar verəcək".

Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını son dərəcə diqqətli olmağa çağırıb.

O, bu sözləri keçirdiyi brifinq zamanı deyib.

"Gürcüstanın baş nazirinin çıxışlarında deyilir ki, “Gürcü arzusu” bu qanun layihəsinin əleyhdarlarına qarşı mitinqlərdə təxribatlar təşkil etməyi planlaşdırır. Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin planları var ki, sizi təxribata çəksinlər. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır", - Zurabişvili bildirib.

.