Azərbaycanın Ukraynanı unutmamasının dəyəri olduqca böyükdür və bu heç vaxt yaddan çıxarılmamalıdır.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın paytaxtı Kiyev Şəhər Şurasının deputatı Dmitro Beloserkovets bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ukraynaya, xüsusən də hazırda daha ağır şəraitdə olan Kiyevə təqdim etdiyi enerji yardımı paytaxt əhalisinin gündəlik həyatında əhəmiyyətli rol oynayır.
"Bu gün Ukraynanın enerji infrastrukturu ağır problemlərlə qarşılaşır. Bu cür çətin vəziyyətdə Azərbaycanın göstərdiyi dəstək çoxsaylı ukraynalıların, eləcə də Kiyev sakinlərinin humanitar böhranla üz-üzə gəlməsinin qarşısını almağa yardım edir", - deputat vurğulayıb.
D.Beloserkovets sonda paytaxt sakinlərinin adından Azərbaycana təşəkkürünü ifadə edib.
.
