“Ukrayna, Moldova və Gürcüstan gələcəyini Avropa İttifaqında görür. Bu üç ölkə Avropa İttifaqına assosiativ üzvlərdir”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Gürcüstanın Prezidenti Salome Zurabişvili bildirib.

Gürcüstanın Prezidenti deyib ki, kiminsə geopolitik axtarışları yolverilməzdir: “Gürcüstan sabah qadınların beynəlxalq konfransını təşkil edəcək. Mən əminəm ki, biz bu münaqişələrə yaradıcı yanaşmaqla çıxış yolları tapmalıyıq. Yeni yaradılan qlobal dünya nizamında öz dəyərlərimizi qorumalı və beynəlxalq əməkdaşlığı gücləndirməliyik”.

Salome Zurabişvili Forumun təşkilinə görə Azərbaycana təşəkkür edib.

Zurabişvili: “Gürcüstan işğal altındakı ərazilərində yenidən suverenliyini bərpa etməlidir”

“Biz bu gün dünyanın mürəkkəb çağırışlarla üzləşdiyini görürük”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Gürcüstanın Prezidenti Salome Zurabişvili bildirib.

Gürcüstanın Prezidenti deyib ki, bu ilin fevralından dünya Ukraynada, Avropanın mərkəzində baş verən müharibənin şahididir: “Ukraynaya yalandan böhtanlar atmaqla bu müharibə başlayıb və müharibə günahsız insanların ölümünə gətirib çıxarıb. Biz 1991, 1992 və 2008-ci illərdə də Rusiyanın təcavüzlərini unutmalı deyilik və Ukrayna xalqı ilə həmrəy olmalı, dəstəyimizi artırmalıyıq. Biz sülh, təhlükəsizlik və fundamental hüquqları dəstəkləməliyik. Biz tək mövcud sərhədlərə hörmətlə yanaşmamalı, mülki insanların hüquqlarını qorumağa çalışmalıyıq. Rusiya bu müharibəni daha da dərinləşdirir. Bu müharibə pandemiyadan çıxış dövründə baş verdiyi üçün qida, enerji böhranlarına və digər problemlərə yol açır”.

Salome Zurabişvili qeyd edib ki, qlobal dünya nizamına təhdidlərdən danışarkən Cənubi Qafqazı da unutmamalıyıq: “Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük. Gürcüstan ərazilərinin bir hissəsi hələ də işğal altındadır. İşğal altındakı ərazilərimizdə refrendum keçirilməsi cəhdi də işğalın tanınması yönündə bir addımdır. Gürcüstan ərazi bütövlüyünü bərpa etməyə çalışır. Gürcüstan da işğal altındakı ərazilərində yenidən suverenliyini bərpa etməlidir. Gürcüstan ərazi bütövlüyünün təmin edilməsinə çalışır. Dialoq vasitəsi ilə həll tapılmalı, müharibə həll yolu olmamalıdır”.

Gürcüstan Prezidenti nəzərə çatdırıb ki, Cənubi Qafqaz Avropa və Asiyanı birləşdirən bir körpüdür: “Ona görə də bu region tarixən bir çox imperiyaların iştahını qabardıb. Avropa və Asiya arasında təbii körpü olaraq biz özümüz də bir çox nailiyyətlərə imza ata bilərik”.

Salome Zurabişvili Qara dəniz limanlarının da artıq açılmalı olduğunu vurğulayıb.

.