Artıq 3 aydır Türkiyədə yaşayan azərbaycanlı rejissor Zorik (Zöhrab Ağayev) 48 kiloqram arıqlayıb. Bu barədə Lent.az-a rejissorun özü məlumat verib. O, bildirib ki, xeyli müddətdir ki, pəhriz saxlayır və bir az da arıqlayacaq: "İnsan qarşısına məqsəd qoyduğu zaman hər bir uğura imza ata bilir. Mən də qarşıma məqsəd qoydum ki, arıqlayacam. Pəhriz saxlayıram. Artıq 48 kilo çəki atmışam. Pəhrizimin nədən ibarət olduğunu açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, sağlam qidalanmaq və gündə 2 saat qaçmaq lazımdır. Mən belə etdim və istəyimə çatdım. Düşünürəm ki, şou-biznsdə heç kimsə qısa müddətdə mənim qədər arıqlamayıb”.
.