Qubada qəzada ölən və yaralanan şəxslərin kimliyi bilinib.
Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi "Lada-Niva" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
.
