"Eynulla Fətullayevin yazısı sifarişli ola bilər. Güman edirəm ki, məqalə ara qarışdırmaq məqsədi güdür.” "Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri, "Real" hərəkatının üzvü Zöhrab İsmayıl FaktXəbər-ə açıqlamasında mövqeyini belə bildirib. İqtisadçı-ekspert onu da qeyd edib ki, məqalə sensasiya xarakterlidir və ola bilər ki, Eynulla Fətullayevin saytının reytinqi aşağı düşüb.
Zöhrab İsmayıl yazının onunla bağlı hissəsinə də toxunub: "Bunu deyə bilərəm ki, yazılanlar cəfəngiyatdır. Ola bilər ki, yazı sifarişlidir. Ya da Eynulla Fətullayevin düşüncəsində yazılanlar həqiqətdir. Bu yazıda özümə bəraət qazandıracaq sözlər deməyə ehtiyac görmürəm.”
Qeyd edək ki, dünən Eynulla Fətullayevin mətbuata yaydığı "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə media və ictimai xadimlərin casusluq fəaliyyəti ilə bağlı məlumatlar açıqlanıb.Yazıda iddia olunur ki, Zöhrab İsmayıl Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edir.
.
